turklehceleri.org

düzəltmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

düzəltmək

f.
1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi. // Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq. [Güləbətin] üst-başını da düzəldirdi. M.İbrahimov. [Zöhrə] duru suya baxaraq saçlarını düzəltdi. Ə.Vəliyev. Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısını düzəltdi. S.Rəhman. // Nöqsanları və s. çatışmazlığı aradan qaldırmaq. Nöqsanları düzəltmək. Səhvini düzəltmək. // İslah etmək, yaxşılaşdırmaq. Xasiyyətini düzəltmək. Adamlara qarşı münasibətini düzəltmək. – Qoy təşkilat onu intizam altına alıb düzəltsin. M.S.Ordubadi.
2. Vücuda gətirmək, yaratmaq, qayırmaq, hazırlamaq, qurmaq. Quşlar özlərinə yuva düzəltdilər. – Telli dişi ilə, dırnağı ilə çalışmış, axırda İslam üçün əməlli-başlı bir eveşik düzəltmişdir. S.Hüseyn.
3. Cürbəcür vasitələrlə, yollarla əldə etmək, tapmaq. Yol üçün pul düzəltmək. Özünə təzə paltar düzəltmək. Teatra bilet düzəltdinmi? // Təşkil etmək, yaratmaq, həyata keçirmək (bir işi, tədbiri). Tamaşa düzəltmək. Sərgi düzəltmək. Ziyafət düzəltmək. Şənlik düzəltmək. // Yaratmaq, vücuda gətirmək, təşkil etmək. İndi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. C.Məmmədquluzadə. // Qurmaq, fikirləşib hazırlamaq. [Slavaçinski:] Elə hiylə düzəltmək lazımdır ki, Nəbi özü gəlib bizə təslim olsun. “Qaçaq Nəbi”.
4. Bir yerə (işə, məktəbə və s.-yə) qəbul olunmasına kömək etmək, vasitə olmaq. İşə düzəltmək. Onu düzəlt, bizdə işləsin. Məktəbə düzəltmək. Sanatoriyaya düzəltmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

düzəltmək

I. yaratmaq, qayırmaq, hazırlamaq, quraşdırmaq, qurmaq
{yaratmak, uydurmak, hazırlamak, birleştirmek, kurmak}

II. uydurmaq
{uydurmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

düzəltmək

düzeltmek, oluşturmak, onarmak, yapmak


Last searches: