turklehceleri.org

ehtiyac

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ehtiyac

is. [ər.]
1. Hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat, gərəklik, lüzum. Xassə, ol rus elminə talib; Onlara ehtiyacımız çoxdur; Bilməsək dil, ilacımız yoxdur. S.Ə.Şirvani. Poçt yolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev.
2. Yoxsulluq, kasıblıq. Ehtiyac içərisində yaşamaq. Ehtiyac içində böyümək. – Bu əğniyaların üzün görüncə ehtiyacda; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir. Ehtiyac üzündən özgə qapısında qulluqçuluq edən qız görmədiyi, sevmədiyi dəli bir dövlətliyə satılır. S.S.Axundov. Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac içində böyümüşdü. M.Hüseyn.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ehtiyac

I. tələb, lüzum, kərəklik
{istek, ihtiyaç, gereklilik}

II. yoxsulluq, kasıblıq
{yoksulluk, fakirlik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ehtiyac

ihtiyaç, imdat freni


Last searches: