turklehceleri.org

dilmanc

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dilmanc

is. köhn.
1. Çar dövründə məhkəmədə və ya bəzi başqa idarələrdə tərcüməçi. [Məşədi İbad:] Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəy. Ü.Hacıbəyov. Məmmədhəsən əminin sözünü nə dilmanc, nə də ki nəçərnik başa düşə bilmədilər. C.Məmmədquluzadə. Baxacaq işinə hərbi məhkəmə; Etdi bu sözləri dilmanc tərcümə. H.K.Sanılı. // Bəzən ikidilli lüğət mənasında işlənmişdir.
2. məc. Vasitəçi mənasında. Yarım utancaq olsa; Tutub dilmanc saxlaram. (Bayatı). [Ağa Nəriman xan:] Bədircahan, barı sən dilmanc ol bizim aramızda.. N.Vəzirov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

dilmanc

tərcüməçi
{tercüman}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dilmanc

dilmaç


Last searches: