turklehceleri.org

yazı-pozu

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yazı-pozu

is.
1. Yazı işləri. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdir. C.Məmmədquluzadə.
2. Yazıb-oxumaq bacarığı; savad. [Məhəmmədağa:] Oğlunuz burada oxuyub yazıpozu biləcəkdir. N.Nərimanov. [Şamama Cadu:] İndi heç az-maz yazıdan-pozudan başın çıxırmı? Ə.Haqverdiyev. [Cavad:] Mən bir kasıb odunçuyam, yazı-pozu bilməyirəm. B.Talıblı.
3. məc. dan. Yazılmış şey; əsər, məqalə və s. Orada məni qonaq elədi və məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? C.Məmmədquluzadə. Bəlkə gənclərdir, azdan-çoxdan mənim yazı-pozumdan oxuyublar, həvəslənirlər? – deyə düşündüm. S.Rəhimov.


Last searches: