turklehceleri.org

buyurmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

buyurmaq

f.
1. Əmr etmək, hökm etmək. [Şah] bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: – Xub, mürəxxəssən, get. M.F.Axundzadə. [İvan bəy:] Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. N.Vəzirov. // Eyni mənada nəzakət və hörmət üçün deyilir. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz şirni içməyə gələk. H.Sarabski.
2. köhn. Söyləmək, demək, təklif etmək (hörmət və nəzakət ibarəsi olub, bəzən zarafat, yaxud kinayə və istehza üçün deyilir). Nə buyurursunuz? – [Pirverdi bəy:] Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. C.Məmmədquluzadə. [Səftərqulu:] Ağlım yoxdur, ağlı haradan tapım, buyur, görək! N.Vəzirov. [Kazım ağa:] Yoldaş özü buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. M.S.Ordubadi. [İlyasov:] Əyləş, Kazım dayı! Ümumi sözü deməyə nə var; buyur gəlsin, eşidirəm. Mir Cəlal.
3. Getmək, gəlmək (hörmət və nəzakətlə deyilir). Bu axşam bizə buyurun. Nə vaxt buyuracaqsınız?
4. köhn. Etmək mənasında (hörmət üçün deyilərdi). [Qətibə xanım:] Əlahəzrət xoş gəlib, səfa gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurmuşlar. M.S.Ordubadi.
5. Əmr formasında: buyur, buyurun – nəzakətlə dəvət, müraciət, təklif bildirir, yaxud bir şeyi təqdim etdirdikdə deyilir. Dedim: – İndi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək, qonağımız ol! C.Məmmədquluzadə. İlyasov masanın üstündəki qəzetləri dəstə ilə Kazımın qabağına qoydu: – Buyur, bax, [dedi]. Mir Cəlal. [Musa kişi:] Mənə qonaq gəlmişsiniz, buyurun içəri, gözüm üstə yeriniz var! M.İbrahimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

buyurmaq

I. söyləmək, demək
{söylemek, demek}

II. gəlmək
{gelmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

buyurmaq

buyurmak


Last searches: