saçaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
saçaq
is.
1. Bir şeyin (adətən pərdənin, paltarın və s.-nin) kənarları boyunca tikilən çox sıx, sallanan sap telləri. Xalçanın saçaqlarını düzəltmək. Şalın saçaqları. Pərdəyə saçaq tikmək. – Libasın əlvandır, çarqat narıncı; Saçaqlar yaraşır qıraqlarından. M.P.Vaqif. [Sona] ..başından sıyrılıb çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən.
2. bot. Bəzi bitkilərdə uzun nazik tellər. Qarğıdalı saçağı. – [Hurizadın] ..tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. [Səməndərin] gözünə ancaq söyüdün soyuq saçaqları göründü. B.Bayramov.
3. məc. Şüa. Günün saçaqları yayılır düzə; Çünki təslim olur gecə gündüzə. S.Vurğun. Günəşin enerji ilə dolu qızıl saçaqlarının təsiri altında yarpaqlarda bütün canlıların həyatının əsasını təşkil edən qidalar, üzvi maddələr hazırlanmağa başlayır. M.Axundov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
saçaq
saçak
Last searches:
- yorık,
- ayrıcalıksız,
- yüzek,
- laplamak,
- Moyil,
- Hayret,
- edenetdilik,
- chit,
- fərəhlənmək,
- Poor,
- kadırdan,
- saýy,
- titiröö,
- tepretmek,
- eloba,
- saqaymaq,
- chiqit,
- flank,
- alanaldylyk,
- erkək,
- epistemology,
- saçaq