turklehceleri.org

ədliyyə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ədliyyə

is. [ər.] hüq. Mühakimə işlərinə baxan dövlət orqanlarının məcmusu, məhkəmə orqanları sistemi. Ədliyyə orqanları. – Ancaq gördüm ki, bu mənim işim deyil, buradan çıxdım, özümü verdim ədliyyə idarələrinə. C.Məmmədquluzadə. Canım, iki yüz min Təbriz camaatı ədliyyə əzası seçir. Ə.Qəmküsar. Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdular. Ə.Haqverdiyev. [Hacı Əli:] Ədliyyə, nəzmiyyə idarələrini daha tez təşkil etmək lazımdır. P.Makulu. // Ədalət, ədalət məhkəməsi. Azərbaycan ədliyyəsi. // Hüquq.


Last searches: