turklehceleri.org

ağıllıbaşlı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ağıllı-başlı

sif.
1. Yaxşı, layiqli, lazımi şəkildə, qaydalı, sanballı, əməlli. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim, ağıllı-başlı toy elə! M.F.Axundzadə. [Hacı Həsən:] Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odur, hamısı ağıllı-başlı adam olublar, .. amma sən gecə-gündüz kefli. C.Məmmədquluzadə. Gəncdir, qoy getsin girsin darülfünuna, bəlkə orada işlər, məlumatını artırar, ağıllı-başlı bir adam olub çıxar. Qantəmir. // Zərf mənasında. [Cahan:] Sən bir ağıllı-başlı mənə nağıl et görüm, necə qız alarsan. Ü.Hacıbəyov. Rüstəm kişi Qaraşa ağıllı-başlı toy qurmaq fikrində idi. M.İbrahimov.
2. Çoxlu, xeyli, qiymətli. [Tarverdi:] Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var. M.F.Axundzadə.


Last searches: