çolpa
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çolpa
is.
1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu. Qoca qartal dağ başında qərar tutub, hər səhər; Uçurduğu çolpaları bu minvalla seyr edər. S.Vurğun. Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş, bir qazan zəfəranlı plov bişirmişdi. Ə.Vəliyev.
2. Həmin xoruzun bütöv şəkildə qızardılmışı. Tapdıq çolpanın ikinci budunu da dişinə çəkdi.. Ə.Əbülhəsən. [Arvad] qazmağı bir boşqaba, çolpaları da ayrı boşqaba qoyub süfrəyə gətirdi. Ə.Vəliyev.
3. məc. zar. Uşaq. [Qurban:] Pah atonnan, ay Telli, belə getsə sənin bu çolpan böyük alim olacaq. Ə.Məmmədxanlı.