küsü
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
küsü
is. Bir-biri ilə danışmama halı; küsmə. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Məsəl). Artıq yetər, bu nə umu, nə küsü; Sal yadına o qayğısız günləri. Ə.Cavad. [Fərman Mələyə:] Heç fikir eləmə, ömrü boyu cəhənnəmdə yanmaqdansa, ataananın bircə aylıq küsüsünə dözmək yaxşıdır. M.İbrahimov. • Küsü saxlamaq (tutmaq, bağlamaq) – bir-biri ilə danışmamaq, küsülü vəziyyəti davam etdirmək, dindirməmək. Şirvana yol bağlaram; Dərd əlindən ağlaram. Yardan kağız almasam; Mən də küsü saxlaram. (Bayatı).
Pamukkale Azerbaijani to Turkish (ADT version)
küsü
kirginlik