yumaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yumaq
I. f.
1. Su və ya su və sabun, yaxud başqa bir maye ilə təmizləmək. Əllərini yumaq. Əl-üzünü yumaq. Ayaqlarını yumaq. Paltar yumaq. – Bahadır üzünü yuyub çay içməyə getdi. N.Nərimanov. Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə. Müşgünaz başını yuyub quruladıqdan sonra güzgünün qabağına gəldi. Ə.Vəliyev.
2. Çarparaq, toxunaraq dağıtmaq, aparmaq (yağış, dəniz, çay). Dalğalar sahili yuyur. – Su bütün əkinləri yuyub aparmışdı. Ə.Sadıq.
3. məc. Əvəzini vermək, doğrultmaq (“günahını”, “təqsirini” sözləri ilə). [Heydər bəy:] Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə .. yuyam. M.F.Axundzadə. [Əxistan:] Söyləsin bir mənə əyan Səbahi; Neylə yuyacaqdır ağır günahi? M.Rahim.
II. is. Top kimi sarınmış sap, ip və s. Bir yumaq yun ip. – Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb onu bazarda satardı. (Nağıl). ‣ Yumağa dönmək – büzüşmək, yığışmaq, kiçilmək. [Əhməd:] Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa. N.Vəzirov. O, kinindən büzüşdükcə bir yumağa dönür bəzən. S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yumaq
I. təmizləmək
{temizlemek}
II. dağıtmaq, aparmaq
{dağıtmak, götürmek}
III. ip, sap
{ip, sap}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yumaq
çile, kangal, yıkamak, yumak
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
yumaq
bk. yuymaq.