ağrı
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
ağrı
и. авыру, авырту, чир, хасталык
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
ağrı
Türkiye Türkçesi: ağrı
Azerbaycan Türkçesi: ağrı
Başkurt Türkçesi: avırtıv
Kazak Türkçesi: avıruv
Kırgız Türkçesi: ōru
Özbek Türkçesi: àğrik
Tatar Türkçesi: avırtu
Türkmen Türkçesi: àğırı
Uygur Türkçesi: ağrik
Rusça: bol'
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ağrı
is.
1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı. Diş ağrısı. Baş ağrısı. – Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üz-gözünü turşutdu. M.Hüseyn. Məsum kişinin .. başına bərk bir ağrı sıçradı, qaşları düyüldü.. Mir Cəlal.
2. məc. Kədər, qəm, qüssə, dərd, ələm, iztirab hissi. Səni balam kimi bağrıma basdım; Sənin hər ağrına mən qulaq asdım. S.Vurğun.
3. məc. İnciklik, narazılıq. ‣ Ağrı çəkmək – hamilə qadınlarda: doğmağa yaxın bərk sancı və əziyyət çəkmək. Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da ana kimi hamilə olur, ağrı çəkir, doğur, o da ana məhəbbətlidir, ana səxavətlidir, övladcanlıdır. İ.Məlikzadə. // Məc. mənada. Gecə boylu bir qadındır... ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun. Xərabəlik anası ağrı çəkib, şər doğur; Xeyir oyanmır hələ, bu da bir inqilabdır. Şəhriyar. Ağrı tutmaq – 1) ağrı başlamaq; 2) hamilə qadınlarda və ya heyvanlarda: doğmağa yaxın bərk ağrı və sancı başlamaq. Ağrım ürəyinə – qarğış və nifrin bildirən ifadə. [Bədircahan:] Ağrım xanın ürəyinə, xan gələndə dünya qopmayacaqdır ki.. N.Vəzirov. Ağrın mənə gəlsin – bax. ağrın(ı) alım (ağrın ürəyimə). Ağrın(ı) alım (ağrın ürəyimə) – birinə mehribançılıqla xitab, müraciət və ya oxşayıb əzizləmə zamanı işlənən ifadədir. Ağrın alım, mənim bağrım çatdadı; Arzum bu dağdaşı qatıb qatdadı.. Şəhriyar. [Qızyetər:] Sizciyəz sağ olun, ay ağrın alım; Bircə Xanlarımdır dövlətim, malım. S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ağrı
I. sancı, sızı, acı, əzab
{sancı, sızı, acı, sıkıntı}
II. kədər, qəm, qüssə, derd, ələm
{keder, gam, hüzün, dert, sıkıntı}
III. inciklik, narazılıq
{incinmişlik, rızasızlık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ağrı
acı, ağrı