And
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
and
is. Bir şey haqqında verilən təntənəli vəd, söz. // Sədaqətə riayət etmək haqqında rəsmi və təntənəli vəd. Əsgəri and. – Andına inanıram, xoruzun da quyruğu görünür. (Ata. sözü). Bu and ilə xəbər verir bizə cəbhədən; Bizim zəfər toplarının o qadir səsi. S.Vurğun. • And içdirmək – and içməyə, söz verməyə məcbur etmək. And içmək – 1) müqəddəs, yaxud böyük və əziz sayılan bir şəxsin və ya şeyin adını çəkməklə öz sözünə, vədinə, yaxud öhdəsinə aldığı vəzifəni layiqincə yerinə yetirəcəyinə inandırmaq. Mənim and içdiyim o məhəbbətin; Ruhunda müqəddəs bir pəri yaşar. S.Vurğun. Musa dayının nə üçün and içmədiyi [Firidunun] fikrində anlaşılmaz bir sirr olub qalmışdı. M.İbrahimov; 2) söz vermək. Camaatın vəziyyəti elə idi ki, guya hamı əlini bir işə vurmayacağına and içmişdi. Ə.Vəliyev. And vermək – müqəddəs, yaxud əziz sayılan bir şəxsin, ya şeyin adını çəkməklə xahiş etmək, yalvarmaq. And verib soruşdum bir-bir dedilər; Fəqir, səni şeyda qılan gəlməmiş. Q.Zakir. Əzizim binə gəlsin; Köç gəlsin, binə gəlsin; Sevdim tərsa qızını; And verin dinə gəlsin. (Bayatı). Andı(nı) pozmaq – verdiyi vədə yalançı çıxmaq, andı yerinə yetirməmək. Andından dönmək – bax. andı(nı) pozmaq. Qardaşım! Dönmərəm öz andımdan! S.Rüstəm.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
and
və’d, söz
{vaad, söz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
and
ant, yemin
English—Turkish Dictionary (FreeDict, 2017)
and /ˈankəɹˌaɪt/
1. (bağlaç.) ve, de, ile And howl (k.dili) Hem de nasıl and so forth ve saire.
English—Turkish Dictionary (Anonymous)
and
ve
ile
ma
ve
sonra
daha sonra
sıkı
sabit
değişmez
firma
şirket
Index of Diwan Lughat al-Turk (TDK)
and
ant, yemin· I, 42, 459