turklehceleri.org

mərhəmət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

mərhəmət

is. [ər.] Rəhm, şəfqət, acıma, insaf hissi. [Bəxtiyar:] Sən boş yerə çəkmə zəhmət; Saraydan umma mərhəmət! A.Şaiq. [Bənövşə:] Məndən heç bir mərhəmət gözləmə, Camal! S.Rəhman. • Mərhəmət etmək (eləmək) – rəhm etmək, rəhmi gəlmək, acımaq, yazığı gəlmək, insaf etmək. Danışdıq, barışdıq, mərhəmət eylə; İnciklik araya qatma, hayıfsan! Aşıq Ələsgər. Yabançı əllərdə qalan Mil düzü! Bir kimsə etməmiş sənə mərhəmət. M.Müşfiq. Mərhəmət qılmaq – bax. mərhəmət etmək (eləmək). Tez mərhəmət qılıb bir ehsan eylə; Sevdiyim, üzündən at indi niqab. Aşıq Abbas. ‣ Mərhəmətin(iz) artıq (olsun)! – yaxşılıq müqabilində təşəkkür ifadəsi. [Pərviz xan:] Mərhəmətiniz artıq (olsun)!.. Sayəniz kəm olmasın. M.S.Ordubadi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

mərhəmət

rəhmlilik, mehribanlıq
{şefkatlilik, muhabbetlilik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

mərhəmət

acıma, merhamet


Last searches: