turklehceleri.org

mənalı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

mənalı

sif.
1. Mənası olan, müəyyən mənaya malik. Həqiqi mənalı söz. Məcazi mənalı söz.
2. Böyük daxili məzmunu, mənası olan; dolğun, ağıllı. Mənalı söz. Mənalı həyat. – Dedim: – Qızım, bu sualın; Nə dərindir, nə mənalı? N.Rəfibəyli.
3. məc. Gizli mənası olan, bir şeyə işarə edən; üstüörtülü. Mənalı bir baxış. Mənalı sual. mənalı-mənalı zərf Bir şey, bir məqsəd ifadə edərək. Qayınana susur, köksünü mənalı-mənalı ötürür, gözləri yaşarırdı. Çəmənzəminli. Ovçu dostum bir söz demədisə də, amma mənalı-mənalı mənə baxdı. M.Rzaquluzadə. mənalı-mənasız zərf Boş-boşuna, yerliyersiz. Mənalı-mənasız danışmaq. – [Eyvaz:] Qarşıma hər kəs çıxırdısa mənalı-mənasız söhbətə tuturdum. İ.Əfəndiyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

mə’nalı

I. məzmunlu, dolgun, maraqlı
{mevzulu, anlamlı, ilginç}

II. ağıllı, düşüncəli, dərrakəli
{akıllı, düşünceli, idrakli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

mənalı

manidar


Last searches: