turklehceleri.org

ayıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ayıq

sif. və zərf
1. Bayğınlığı, məstliyi keçmiş, ağlı başında. İnsanlar(ın) elə bir vaxtı olur ki, ancaq sərxoş olduğu zaman özünü ayıq hiss edə bilir. M.S.Ordubadi.
2. Yuxuda olmayan, oyanıq, sərvaxt. Hamı yatmışdı, tək mən ayıq idim.
3. məc. Sayıq, gözüaçıq, ağlı başında, özünü aldatmayan, ehtiyatlı, sağlam fikirli. Ayıq adam. Ayıq olmaq. İşlərə ayıq baxmaq. – İclas bitdikdən sonra tək-tək yoldaşlarla söhbət edir və ayıq olmalarını tapşırırdım. M.S.Ordubadi. Həmişə ayıq olan Araz yaxınlıqda ayaq səsləri eşidib yerindən dik atıldı. A.Şaiq. • Ayıq salmaq – qəflətdə olanı ayıltmaq, ayılmasına səbəb olmaq. Puan Qay çinliləri ayıq salır, onlara edilən zülmü öz oyunları ilə nümayiş etdirir. S.S.Axundov. Dəstədən bir nəfər dilləndi: – Növbətçi görər, siqnal verib almanları ayıq salar. M.Hüseyn. [Firidun] itləri ayıq salacağından qorxaraq, nəfəsini belə çıxarmırdı. M.İbrahimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ayıq

sərvaxt
{uyanık}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ayıq

ayık


Last searches: