Qərəz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qərəz
I. is. [ər.]
1. Məqsəd, niyyət, məram ..Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, taifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. “Dərbəndnamə”. [Hacı Qara:] Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? M.F.Axundzadə. [Bədircahan bəyim:] Mən qana bilmirəm, sənin qərəzin nədir? N.Vəzirov.
2. Gizli məqsəd, pis niyyət, gizli ədavət. Şəxsi düşmənlərdən doğan tənqid bir parça qərəzdən ibarətdir. M.S.Ordubadi. Şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edərik. C.Məmmədquluzadə.
II. ara s. [ər.] Xülasə, sözün qısası (bəzən “ki” bağlayıcısı ilə birlikdə). Qərəz, Koroğlu çobanın paltarını alıb geyindi, çomağını da əlinə alıb obaya tərəf yollandı. “Koroğlu”. Qərəz, sözüm orada deyil, sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə. [Möhlətov] qərəz ki, öz aləmində sevmək, sevişmək .. üçün nə lazımdısa, nə mümkündüsə hamısını eləmişdi. Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qərəz
I. məqsəd, niyyət, məram
{maksat, niyet, meram}
II. xülasə, nəticə
{sonuç, netice}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qərəz
garaz