turklehceleri.org

Qəlyan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qəlyan

is. Tənbəki çəkməyə məxsus cihaz. Qəlyan çəkmək. – [Hacı Qara:] Bu dükan sizə peşkəşdir; çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz? M.F.Axundzadə. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular.. S.S.Axundov. Çinar kölgəsində tüstülənməyir; İxtiyar babamın ağac qəlyanı! S.Vurğun. • Sulu qəlyan – tənbəkinin tüstüsünü sudan keçirən çəkim cihazı; nargilə. Səyyah deyir: – Bu adətlər, əfsanələr; Qəlbimizə xoş görünür xəyal qədər; Sulu qəlyan, acı tiryək nə oldu bəs? S.Vurğun.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qəlyan

çubuq
{çubuk}


Last searches: