turklehceleri.org

Bəlkə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bəlkə

bağl.
1. Ola bilər, ola bilsin, ehtimal, şayəd, ola ki, olsun ki. Bəlkə bu gün axşam yağış ara verdi. – [Fəxrəddin:] Bəlkə mən tez qayıtdım. Başqasını götürməyin. M.S.Ordubadi. Cuma düşündü ki, bəlkə .. Marala onun haqqında bəzi şübhəli şeylər demişlər. Ə.Əbülhəsən.
2. İrəlidə söylənmiş fikrin əksini ifadə edir. Məsələ sən deyən kimi deyil, bəlkə mən deyən kimidir.
3. Hətta, heç. Bu işi bir günə deyil, bəlkə iki günə görüb qurtarmaq olmaz.
4. “Də” ədatı ilə: bəlkə də – tərəddüd, şübhə, qeyri-müəyyənlik ifadə edir. Bəlkə də, sən deyəndir. – [Atabəy:] Mələkə, səni bir başqası üçünmü saxlamışdır? Səba xanım utanaraq, yavaşcadan dedi: – Bəlkə də. M.S.Ordubadi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bəlkə

ehtimal, şayəd
{ihtimal, eğer}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

bəlkə

belki


Last searches: