Fəxri
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
fəxri
sif. [ər.]
1. Hər hansı xidmətə, nailiyyətə görə ehtiram, iftixar əlaməti olaraq verilən. Fəxri adlar. – Adilin fəxri fərmanı ilə yanaşı Gözəlin aldığı fərman da görünürdü. Ə.Vəliyev. // Hörmət, ehtiram əlaməti olaraq seçilən. Fəxri rəyasət heyəti. Fəxri üzv. // Hörmətli, şərəfli, əziz, izzətli. Fəxri qonaq. // Hörmət, ehtiram əlaməti olaraq edilən hörmət, ehtiram üçün düzəldilən. Fəxri qəbul. Fəxri qarovul.
2. Hörmətli, şərəfli, şərəf qazandıran, şərəfləndirən. Fəxri vəzifə. Fəxri əmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
fəxri
I. şərəfli
{şerefli}
II. möhtərəm, hörmətli, ehtiramlı
{muhterem, hürmetli, ihtiramlı}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
fəxri
itibarlı