çıxıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çıxıq
1. is. Oynaqda sümüklərin yerindən oynaması. İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. S.S.Axundov.
2. sif. Yerindən çıxmış, yerindən oynamış. // İrəli çıxmış, qalxıq. Zaman keçdikcə Güləbətinin üzünün çıxıq sümükləri görünməz olur, rəngi açılırdı. M.İbrahimov. [Nuriyyə:] Lakin Qulu Kəhrizli balaca çıxıq gözlərini gizli bir təbəssümlə oynadaraq birini İmi, digərini isə Cimi deyə, mənə təqdim etdi. İ.Əfəndiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
çıxıq
burxuq
{burkulma}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
çıxıq
çıkık, çıkıntılı