turklehceleri.org

Qulluqçu

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qulluqçu

is.
1. Zehni əməyin müxtəlif sahələrində muzd ilə işləyən işçi; idarə xidmətçisi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb təcili teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Dəftərxana qulluqçuları .. onun dediyi adamları soraqlaşırdılar. Ə.Əbülhəsən.
2. Ev xidmətçisi (qız, qadın). İnciyib axırda o qulluqçular; Ol xoruzu öldürübən atdılar. A.Səhhət. Bu vaxt qapıdan qulluqçu, Sonanı atasının yanına çağırdı. N.Nərimanov. // Ümumiyyətlə, xidmətçi. Qulluqçular bağçanı silib süpürər, yığışdırardı. Mir Cəlal.
3. köhn. Balaca əl lampası, ya çıraq. Qulluqçunu götür, bir mal-qaranı yoxla.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qulluqçu

eleman, memur, uşak


Last searches: