turklehceleri.org

Ehsan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ehsan

is. [ər.]
1. din. Ölmüş adamın adına, xatirəsinə verilən yemək; xeyrat. Ehsan vermək. – Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı ehsan verməyə. “Aşıq Qərib”. Vəqta ki qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Ə.Haqverdiyev.
2. Savab məqsədi ilə bir şey (pul, yemək və s.) vermə. İbrahimin anası, Hatəm, bir də Mələkəxatın o gecə səhərə kimi şadyanalıq elədilər. Bütün fağır-füqəraya ehsan verildi. (Nağıl). // Ehsan olaraq verilən, bağışlanan şey; bəxşiş, sədəqə. Şərqdə hər cümə axşamı məhbuslara ehsan gətirmək adət idi. M.S.Ordubadi. [Fərhad bəyin] heç ağlına gəlməyirdi ki, Mirzə Möhsün kimi bir müəllim onun ehsanı olan taxıl-dəni rədd etsin. Qantəmir.
3. klas. Lütf, mərhəmət, yaxşılıq. Yar cövr etməz mana, əğyar təlim etmədən; Billah, əğyar eləyən ehsanı yar etməz mana. Füzuli. Bu Xətayi xəstənin vergil muradın, ya ilah; Kim mənə lütf eylə ehsan, səndən özgə kimsə yox. Xətayi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ehsan

I. xeyrat
{hayrat}

II. lütf, mərhəmət, yaxşılıq
{bağış, merhamet, iyilik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ehsan

ihsan


Last searches: