turklehceleri.org

cövlan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

cövlan

is. [ər.] Dolanma, hərlənmə, dövri hərəkət; dövretmə, dövran. Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək. M.Ə.Sabir. Qarlı küləyin cövlanı sakitləşmək əvəzinə daha qüvvətlə davam eləməkdə idi. B.Bayramov. • Cövlan etmək (vurmaq) – dolanmaq, hərlənmək, fırlanmaq, dövr etmək, dövrə vurmaq. Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəf çapırlar, bunlar hamısı cövlan edirlər. C.Məmmədquluzadə. [Dəli Səmədin] axşamadək peşəsi şəhəri cövlan etmək idi. Çəmənzəminli. Bəndalı qəfəsdən çıxmış aslan kimi cəld balaca açıq həyətdə bir cövlan vurdu. Mir Cəlal. Cövlana çıxmaq – gəzməyə, dolanmağa çıxmaq. Əlioğlu Qara oğlan xallı atın belində cövlana çıxmışdı. S.Rəhimov. Gəl, gəl çıxaq cövlana; Qoy qızışsın ortalıq. M.Rahim.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

cövlan

dolanma, hərlənmə
{dolaşma, gezinme}


Last searches: