hoqqabaz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hoqqabaz
is. [ər. hoqqa və fars. ...baz]
1. Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən adam, hoqqa çıxardan; oyunbaz. Şad günümüzdə .. bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymunoynadanlar, ayıoynadanlar göndərir. Ə.Haqverdiyev. [Mirzə Qulam] ..özünə xam məclis tapmış hoqqabazlar kimi sevinə-sevinə danışdı.. Mir Cəlal.
2. məc. Kələkbaz, fırıldaqçı, haramzadə. [Nəbi:] Vəfalı oğlundan şübhə yaramaz! Yəqin yalan satıb sənə hoqqabaz. S.Rüstəm.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
hoqqabaz
I. hiyləgər, kələkbaz
{hilekâr, düzenbaz}
II. oyunbaz
{oyunbaz}
III. riyakar, ikiüzlü (adam haq.)
{riyakâr, ikiyüzlü (kişi hakkında)}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
hoqqabaz
hokkabaz