Cazibə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cazibə
is. [ər.]
1. Cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə. Eynşteynin cazibə nəzəriyyəsi. Cazibə qüvvəsi məlum qarşılıqlı təsir qüvvələrindən ən zəifidir.
2. məc. İnsanın könlünü cəzb edən xassə, cəzbedici qüvvə, lətafət. [Əzra Zəhraya:] Səndə bir öylə hüsnü cazibə var; Ki, olur hər görən pərəstişkar. H.Cavid. [Xavər] gözəlləşmiş, yanaqlarında bir qızartı və cazibə əmələ gəlmişdi. M.İbrahimov. ..Qızın sifətindəki mərdanə gözəllik, ..sərrastlığı, danışığındakı cazibə [Səlimin] gözündən qaçmamışdı. B.Bayramov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cazibə
cazibe, çekim