Bürc
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bürc
I. is. [ər.] Qədim şəhər hasarının üzərində müşahidə və müdafiə qülləsi; qala çıxıntısı. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan .. məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. A.Bakıxanov. Uzaqdan görürdüm ki, hasarın künclərində, bürclərin dibində əli tüfəngli rus soldatları var-gəl edir. C.Məmmədquluzadə. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn.
II. is. [ər.] astr. Göydə Günəş dairəsinin bölündüyü 12 qisimdən hər biri. Böyük Ayı bürcü. – Bir bürcdə sabit oldu əxtər; Məhbusi-xəzanə oldu gövhər. Füzuli. Səhərin ruzgarı Gülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir və Həməl bürcündə isə Günəşin qırmızı ələmini qaldırırdılar. M.S.Ordubadi. // məc. Obrazlı təsvirlərdə. O gün olsun ki, genə məclisə dilbər gəlsin; Çıxıban bürcdən ol mahi-münəvvər gəlsin. S.Ə.Şirvani.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
bürc
burç, takım yıldız