Alıcı
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
alıcı
и. 1) сатып алучы; 2) (радио һ. б.) алгыч
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
alıcı
I.
1. is. Müştəri, mal alan, şey alan. Bu malın alıcısı yoxdur. Alıcılara mədəni xidmət. Alıcıların tələbatını nəzərdə tutmaq. – Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər. S.Rəhimov.
2. sif. və is. Təhvil verilən məhsulu, malı və s.-ni qəbul edib, əvəzində pul və kağız (qəbz) verən. [Zərbəçi qadınlar] pambığın qurusunu alıcı məntəqəsinə təhvil verirdilər. Mir Cəlal.
II. sif.
1. Yırtıcı, ovçu (quşlar haqqında). Yolun ortasına bir nal qırığı düşmüşdü. Kiçikbəyim uzaqdan bunu gördü, çapa-çapa yaxınlaşdıqda, alıcı quş sürəti ilə enib, nalı qaldırdı. Çəmənzəminli. Onun baxışları alıcı tərlan baxışları kimi kəskindir. S.Vurğun.
2. məc. İtigörən, cəld, sayıq. [Qayıqçı] arabir alıcı gözlərini sahilə dikib bir şey axtarırmış kimi baxırdı. A.Şaiq. Silahlı qardaşım, sərhəd boyunca; Alıcı gözlərin qızılquş olsun! S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
alıcı
I. müştəri
{müşteri}
II. yırtıcı, ovçu (quş)
{yırtıcı, avcı (kuş)}
III. cəld, sayıq
{çevik, gözü açık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
alıcı
alıcı, tüketici