turklehceleri.org

təpmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

təpmək

I. f.
1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; soxmaq, salmaq. [Xırdaxanım:] Qırqovul başını kola təpər, dalından xəbəri olmaz. N.Vəzirov. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub, uclarını ağzına təpərdi. M.S.Ordubadi. // Güclə soxmaq, doldurmaq, yerləşdirmək, basmaq, qoymaq, dürtmək, dürtüşdürmək. Paltarları çamadana təpmək. Samanı kisəyə təpmək.
2. Hücum etmək, həmlə etmək, şığımaq, üzərinə atılmaq. [Pası] gecələr də adamları rahat buraxmır, çobanları oyadıb: – Sərvaxt olun, heyvana canavar təpər [deyərdi]. S.Rəhimov.
3. Basmaq, təpməklə, təpikləməklə hazırlamaq (keçə). Şah bu sözlərini qurtaran tək [keçəçilər] təsnif oxuya-oxuya keçə təpirlər. Ü.Hacıbəyov.
4. dan. Təpik atmaq, təpikləmək. Danasını bir gün qoymaz yanına; Bizim inək təki təpər, ağlarsan. M.V.Vidadi.
5. Atarkən şiddətlə geri itələmək, basmaq, ağzı geri qayıtmaq (odlu silahlar haqqında). ..Tüfəng Yaşarı elə təpdi ki, o, arxası üstə yerə yıxıldı. M.Rzaquluzadə. ‣ Başına at təpmək – bax. baş. Dərisinə saman təpmək – bax. dəri.

II. f. Belləmək. Gülşən elə cəld, elə sürətlə yer təpirdi ki, onun üz-gözündən tər axırdı. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

təpmək

I. tutmaq, tıxamaq, qapamaq
{tutmak, tıkamak, kapamak}

II. sıxmaq, dürtmək
{sıkmak, dürtmek}

III. vurmaq
{vurmak}

IV. belləmək, qazmaq
{bellemek, kazmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

təpmək

tepmek


Last searches: