əzizləmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əzizləmək
f.
1. Çox istəmək, nazını çəkmək, nazı ilə oynamaq, bütün istəklərini yerinə yetirmək, ərköyün böyütmək. Mehriban isə [Şərifəyə] tam mənası ilə analıq etmiş, onu sevib əzizləmiş və böyütmüşdü. S.Hüseyn. Onda nə üçün anan səni belə əzizləyir? Ə.Məmmədxanlı. Ata-anası da, dayısı da Müşkünazın nazı ilə oynayar, onu əzizlər, üstündə zağ-zağ əsərdilər. Ə.Vəliyev.
2. Hörmət etmək, böyük qayğı göstərmək.
3. Həddən artıq sevmək, müqəddəs bir şey kimi qoruyub saxlamaq. Dostun məktubunu əzizləmək. Kitabı əzizləmək. – Qoydu əzizləyib isti qoynuna; Eşqin ərməğanı ad verdi buna. M.Rahim. Yaxın gəlmirdi ona paltarlar, qaş-daşlar da; Əzizlədiyi şeylər qoymuşdu onu darda. N.Rəfibəyli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əzizləmək
istəmək, hörmətləmək
{istemek, ağırlamak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əzizləmək
şımartmak