əylənmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əylənmək
I. f. Dayanmaq, durmaq, yuƏYLƏTMƏK1 bax. əyləndirmək. Əylətbanmaq, ləngimək. O, görəsən, harada əyləndi, gəlib çıxmadı? – [Dəli Həsən:] Əylən, bir qulaq as sözə. “Koroğlu”. Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı. // İlişib qalmaq, sakin olmaq. 1918-ci ildə Minkənd tərəfdən gələn Zəngəzur qaçqınlarından bu kənddə əylənənləri çox olmuşdu. Ə.Abasov.
II. f.
1. Ürək sıxıntısını dəf edərək xoş vaxt keçirmək, ruhən istirahət etmək üçün əyləncə ilə, əyləndirici bir şeylə məşğul olmaq, vaxt keçirmək. Axşam yaxşıca əyləndik. – [Xəyyam:] Qayğı bilməz, içərək əyləniriz; Ayrı olsaq da, həqiqətdə biriz. H.Cavid. [Zeynal] hər zaman gülmək, əylənmək, bağırmaq, sərxoş olaraq səfahətlə vaxt keçirmək istəyirdi. S.Hüseyn. [Xan] ..hətta özü də saatlarca Buğacla əylənib nişan atırdı. M.Rzaquluzadə. // Oynamaq, şənlik etmək. Uşaqlar bağçanın həyətində əylənirlər. – Sən şad ol, sən əylən, sevin, gül barı; Qoy mən ayrılığın çəkim yükünü. R.Rza.
2. Lağa qoymaq, masqaraya qoymaq, ələ salmaq, oynatmaq. Dükançıların bizimlə əyləndiklərini anlayaraq: – Bağışlayın, – dedi. A.Şaiq. // Zarafat etmək, şuxluq etmək. Arabir Ballı onunla əylənərək: – A kişi, hansı bəxtəvəri sevmisən? – deyirdi. A.Şaiq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əylənmək
I. dayanmaq, durmaq
{dayanmak, durmak}
II. yubanmaq, ləngimək
{ihmal etmek, geciktirme}
III. dolanmaq, oynatmaq
{dolanmak, oynatmak}
IV. oynamaq, şənlənmək
{oynamak, neşelenmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əylənmək
eğlenmek