vəfadar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vəfadar
sif. [ər. vəfa və fars. dar] şair. Vəfalı, dostluğunda sabit və sədaqətli olan, dostunu unutmayan. Ey dilbəri-dildarım, sənsən əbədi yarım; Vey yari-vəfadarım, didarına müştaqəm. Nəsimi. Az ləfzilə ol büti-vəfadar; Çox dərdini yarə qıldı izhar. Məsihi. Mərdlər ilə gəz ki, vəfadar olur; Namərdlərə yoldaş olan xar olur. M.V.Vidadi. Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. S.Vurğun. // Dost, sevgili. Getmə, getmə, görüm kimin yarısan; Hansı bəxtəvərin vəfadarısan? Qurbani.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
vəfadar
ə’tibarlı, səbatlı, sədaqətli
{itibarlı, sebatlı, sadakatli}