turklehceleri.org

əxlaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

əxlaq

is. [ər.]
1. İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. Mən .. müsəlman xalqlarının əxlaq və rəftarını yaxşılaşdırmaq məqsədi ilə bir neçə səhnə əsəri yazmışam. M.F.Axundzadə. Əxlaqı pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq!” A.Səhhət. Nizamülmülkün yazdığı siyasətnamə – tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir. M.S.Ordubadi.
2. İnsanın yaşadığı cəmiyyət və onu təşkil edən üzvləri ilə rəftarı və özünü aparma qaydası. Əxlaq normaları. – Mehriban açıqdan-açığa görürdü ki, Səlim əxlaq və təbiətcə ətrafında gəzib dolaşan, evinə qonaq gələn adamların heç birinə bənzəməyir. S.Hüseyn. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. Ə.Sadıq. Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti Budağı müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Ə.Vəliyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

əxlaq

mə’nəviyyat
{maneviyat}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

əxlaq

ahlak, moral


Axir izdelgen sözler: