ləyaqət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ləyaqət
is. [ər.]
1. İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi. Yüksək insani ləyaqət. – Ağlı mədəsindən xırda gədələr; Dünyanı yedirdi öz niyyətinə; Kəsib tamahından ulu dədələr; Caladı həmişə ləyaqətinə. B.Vahabzadə.
2. Qabiliyyət, bacarıq, istedad, iqtidar. [Həsən ağa:] Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum, işləsinlər. Ə.Haqverdiyev. Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi. S.S.Axundov.
3. Ləyaqətlə şəklində zərf – 1) layiqli bir surətdə, layiq olduğu tərzdə. Ləyaqətlə qarşılamaq. Ləyaqətlə cavab vermək. – Nə qədər ki, gec deyil, qayıt bu yoldan, qafil; Ləyaqətlə ölməyi ömrün hünər tacı bil! X.Rza; 2) bacarıqla, lazımınca. Tapşırığı ləyaqətlə yerinə yetirmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ləyaqət
I. qabiliyyət, bacarıq, iste’dad
{kabiliyet, beceri, eğilim}
II. məziyyət, qədr-qiymət, nəzakət
{üstünlük, kadir kıymet, incelik}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ləyaqət
erdem, liyakat, onur