əskik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əskik
sif.
1. Bütün olmayan, naqis, natamam, çatışmayan. Üç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir. • Əskik çəkmək – düzgün çəkidən az çəkmək, çəkidə aldatmaq. Əskik çəkən satıcı cəzalanar. Əskik çıxarmaq – müəyyən olan miqdardan az hesab etmək. Əskik çıxmaq – müəyyən miqdardan, yaxud təxmin edildiyindən əskik olduğu meydana çıxmaq. Əskik deyil – daim vardır, həmişə mövcuddur. Çünki tən durduqca məndən dərdü qəm əskik deyil. Füzuli. Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə; Heç əskik deyil bu guşeyi-viranədən atəş. S.Ə.Şirvani. Əskik etmək (eləmək) – 1) azaltmaq; 2) kəsmək, fasilə vermək, davam etdirməmək, arasını kəsmək. Məktubunu əskik etmə. Əskik gəlmək – bax. əskik çıxmaq. Əskik olma, əskik olmayasan (olmayasınız və s.) – sağlıq, salamatlıq arzusu bildirən ifadə. [Şeyx Sənan:] Cümlə ikramü lütfünüz məlum; Sağ olun, əskik olmayın, oğlum! H.Cavid. [Vidadi:] Yaxşı, nə tapmısan o saraylarda? Sağ ol, əskik olma, sən yaşa barı. S.Vurğun. [Kazım:] Dostluqdan əskik olmayasınız. Mir Cəlal. Əskik olmamaq – həmişə var olmaq, mövcud olmaq, daim olmaq. Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür, .. amma bu çaydan vəba zəhəri heç əskik olmur.. C.Məmmədquluzadə. Çeşmələr başından heç əskik olmaz; Zurna-balabanı bizim dağların. S.Vurğun. Əskiyini doldurmaq (tamamlamaq) – çatışmayan cəhəti, hissəni əlavə edib tamamlamaq. Başından əskik olmamaq – bax. əskik olmamaq. Heç əskik olmasın – həmişə olsun, yox olmasın. Köməyiniz heç əskik olmasın! – Vəsfini söylərəm həddən ziyadə; Heç əskik olmasın mülkü mal sənə. Aşıq Pəri.
2. Nöqsanlı, qüsurlu, eyibli, çatmayan, yarımçıq. Onun ağlı bir qədər əskikdir. // Alçaq, pis, əskiklik gətirən. Əskik söhbətlər. – Gül dilləndi: – Salmayın səs; Danışmayın əbəs-əbəs; Qəlbə dəymək əskik işdir. M.Dilbazi.
3. Başqasından az, kiçik, alçaq, aşağı. Sənin boyun onunkundan bir az əskikdir. Onun pulu mənimkindən əskikdir. – [Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm. C.Cabbarlı. Xanın həyətində qaravaşlar, nökərlər çox idi. Hamısından kiçiyi və vəzifəcə əskiyi Budaq idi. Ə.Vəliyev.
4. Qiymətsiz, dəyərsiz. Demin əskik məni; tədric ilə yaqut olan daşlar; Boyandıqca ciyər qanilə qədrü qiymətim artar. Füzuli.
5. İs. mənasında. Əskik gələn miqdar, çatışmayan miqdar, tam olmaq üçün əlavə edilməli olan miqdar. Əskiyi doldurmaq. Əskiyi çoxdur. Onun da beş manat əskiyi var. // Çatışmayan şey, gərəkliyi duyulan şey, əgər-əskik. Evin əskiyi qurtarmır.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əskik
I. naqis, az
{noksan, az}
II. nöqsanlı, qüsurlu, eyibli, yarımçık
{noksanlı, kusurlu, özürlü, yarım}
III. kiçik, alçaq, aşağı
{küçük, alçak, aşağı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əskik
eksik