isbat
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
isbat
is. [ər.] Sübut; əsaslandırma, sübut etmə. Ey Füzuli, mən qənaət mülkünün sultanıyam; Səltənət isbatı əynimdə pəlasifəqr bəs. Füzuli. Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası abi-həyatın? Aşıq Ələsgər. • İsbat etmək (eləmək) – sübut etmək. Yalanı kürsüyə mindirir qəni; Ac eyləyə bilməz doğrunu isbat. Q.Zakir. İndi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə. C.Məmmədquluzadə. Çox ömr eləyib, çox da hünər etmişəm isbat; Bu dari-cahanda. M.Ə.Sabir. İsbat olmaq – sübut olmaq, sübuta yetmək. İsbat olunmaq – sübut olunmaq. İsbata yetirmək – sübut etmək, qəbul etdirməyə çalışmaq. ..[Xanpəri] dəlil-sübut gətirir, dediklərini isbata yetirir, sözlərini doğruluğa çıxarırdı. Ə.Vəliyev. İsbata keçməmək – sübuta yetməmək, sübut edilə bilməmək, qəbul olunmamaq. Ərzə verdik keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani. İsbati-vücud köhn. – varlıq, varlığını göstərmə, mövcud olduğunu göstərmək üçün bir yerdə görünmə. [Fərhad:] Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi. C.Cabbarlı. İsbativücud etmək köhn. – şəxsən olmaq, iştirak etmək. Hər bir ziyafətdə Mirzə Səfər isbativücud edərdi. Ə.Haqverdiyev. Qarabağ pambıq bəylərinin, demək olar ki, hamısı bu məclisdə isbati-vücud edirdi. Ə.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
isbat
sübut, dəlil
{kanıt, delil}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
isbat
ispat