ərəbcə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ərəbcə
1. sif. və zərf Ərəb dilində. Ərəbcə kitab. Ərəbcə danışmaq. – [Murad] bir qismi ərəbcə və farsca, bir qismi türkcə yazılan məzar daşlarının sahiblərinin vəfat tarixlərini oxuyurdu. S.Hüseyn.
2. is. Ərəb dili. Ərəbcəni yaxşı bilir. Ərəbcədən tərcümə.