ərinmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ərinmək
1. f. Tənbəllik etmək. Durmağa ərinmək. Hətta danışmağa ərinir. – [Rüstəm kişi] ..samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov. Bəzi tənbəl uşaqlar səhər-səhər isti yorğan-döşəkdən çıxmağa ərinir. M.Rzaquluzadə.
2. məch. Ərgin hala salınmaq.
3. t-siz. Arıqlamaq, çox sınıxmaq.
4. t-siz. Utanmaq, xəcalət çəkmək. Elə sözlər dedi ki, ərinib torpağa girdim. – Dostunla görüşməyə; Yad kimi ərinmə, gəl. (Bayatı). Biz də hamımız onun yanına getməyə ərindik. S.Rəhimov. Kərbəlayı .. [uşağı] bir neçə addım aşağıya tərəf qovduqdan sonra ərinib dayandı. M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ərinmək
I. arıqlamaq, sınıxmaq
{cansızlaşmak, kırılmak}
II. tənbəlləşmək, ətalətləşmək
{tembelleşmek, hareketsizleşmek}
III. utanmaq, xəcalətlənmək
{utanmak, sıkılmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ərinmək
üşenmek