turklehceleri.org

əngəl

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

əngəl

is.
1. Bir şeyin başa yetməməsinə, ya təxirinə səbəb olan şey; maneə, çətinlik. [İblis:] Get, get, daha durma, artar əngəl. H.Cavid. Bu qüvvənin qarşısında heç bir əngəl dayana bilməz. S.Rəhman. • Əngəl çıxarmaq (törətmək) – çətinlik törətmək, ləngitmək, mane olmaq. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. M.S.Ordubadi. Əngəl çıxmaq – 1) maneə törəmək; 2) cəncəl çıxmaq. [Leyla:] Qorxuram, axırda çıxa bir əngəl; Deyəsən, başını girləyib əcəl. S.Rüstəm. Əngəl olmaq – bir şeyin başa yetməsinə, həyata keçməsinə mane olmaq, başa çatmağa, həyata keçməyə qoymamaq, çətinlik törətmək. Əngələ düşmək – çətin vəziyyətə düşmək; pis, xoşagəlməz bir işə dolaşmaq. ..Çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. M.S.Ordubadi. Əngələ salmaq – çətin vəziyyətə salmaq, pis, xoşagəlməz bir işə dolaşdırmaq. Başına əngəl açmaq – çətin vəziyyətə salmaq, cəncəl açmaq. [Əsgər:] Biçarə Gülçöhrənin başına əngəllər açdım. Ü.Hacıbəyov. [Səlim bəy:] Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar; Qaçıb başımıza əngəl açsınlar. S.Rüstəm.
2. dan. Azar, xəstəlik, yaxud nöqsan, çatışmazlıq mənasında. Malda əngəl var. – Xanım, sizdən təvəqqe eləyirəm, oğlunuzun sözünə çox da qulaq asmayasınız, çünki onun əqlində bir az əngəl var. N.Vəzirov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

əngəl

I. azar, xəstəlik
{rahatsızlık, hastalık}

II. maneə, çətinlik
{mani, zorluk}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

əngəl

engel


Axir izdelgen sözler: