fəzilət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
fəzilət
is. [ər.]
1. İnsanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı. // Müdriklik, kamillik; ehtiram doğuran sifətlər. [Sevda:] Sus, onda fəzilət var; Qüdrət və cəsarət var. H.Cavid. [Yaşlı kişi:] Buraya gəldikdə mənə [Şeyx Yəhyanın] fəzilətindən çox şeylər söyləmişdilər. S.Hüseyn.
2. məc. Dəyər, qiymət, məziyyət. ..Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zəruri olmasını inkar edə. F.Köçərli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
fəzilət
I. məziyyət, ləyaqət, şərəf, mənlik
{meziyet, dirayet, şeref, benlik}
II. hünər, bilik, mə’rifət
{hüner, bilgi, marifet}
III. müdriklik, kamillik
{müdriklik, kâmillik}
IV. cömərdlik, səxavət
{cömertlik, sahavet}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
fəzilət
fazilet