əmsal
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əmsal
is. [ər. “misal” söz. cəmi]
1. klas. Oxşar(lar), bənzər kimi(lər). Şiəyəm, əmma nə bu əşkaldən; Sünniyəm, əmma nə bu əmsaldən. M.Ə.Sabir.
2. Misl, tay-bərabər. Əmsalı görünməmiş (misli görünməmiş).
3. riyaz. Cəbri ifadədə ədədi (ya hərfi) cəmlənmə. // Axtarılan ədədi əldə etmək üçün müəyyən kəmiyyətə vurulmalı olan ədəd. // Fiziki cismin hər hansı bir xüsusiyyətini təyin edən kəmiyyət.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əmsal
emsal