ƏvƏz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əvəz
is. [ər.]
1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir. • Əvəz etmək (eləmək) – 1) yerini tuta bilmək. Belə bir zamanda Müqim bəy hansı bir hünərlə zabitəli xanımı əvəz edə bilərdi? S.Rəhimov; 2) ardınca gəlmək, yerini tutmaq. Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov. Bəzən ən soyuq günü ən isti gün əvəz edir. Mir Cəlal; 3) dəyişdirmək. Növbətçini əvəz etmək; // müvəqqəti olaraq yerini tutmaq, vəzifəsini icra etmək. Müdiri kim əvəz edir? Uzun müddət o, rəisi əvəz etdi. // Tay, bərabər. Gözəllikdə sənin əvəzin hanı? (Nağıl). • Əvəz olmaq – bərabər olmaq, uyğun olmaq. Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Əkbərin nə yalvarması, .. nə vədi Əli paşanın bir qəpiyinə əvəz ola bilmədi. Mir Cəlal.
2. Qarşılıq, mükafat, muzd, haqq. Zəhmətinin əvəzini aldı. – Gülün gülabını axır günü çəkər əttar; Qalır sənə əvəz ahü zar, ey bülbül! S.Ə.Şirvani.
3. Qisas, intiqam, öc. • Əvəz(ini) almaq – intiqam(ını) almaq, qisas(ını) almaq. Əvəz(ini) çıxmaq – bax. əvəz(ini) almaq. Mən öz quşlarımın əvəzini çıxmaqla mükafatımı aldım, – dedim. M.Rzaquluzadə.
4. Yerlik halda: əvəzində – 1) bir şeyin və ya şəxsin yerinə, yerində. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə! M.Ə.Sabir; 2) qarşılıq olaraq, mükafat olaraq, müqabilində. Qulluğumuzun və ixlasımızın əvəzində [şah] mənsəbimizi də əlimizdən aldı. M.F.Axundzadə.
5. Çıxışlıq halda: əvəzindən – əvəz olaraq, yerinə, əvəzində. [Qurban Molla Fərzəliyə:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzimdən öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq.
6. Yönlük halda: əvəzinə – bax. əvəzində. [Koroğlu] elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. “Koroğlu”. O yerdə ki bir lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb “şəxs”. C.Məmmədquluzadə. [Kişi] ..“indi” əvəzinə “şimdi”, “cənab” əvəzinə “əfəndi”, “necə” əvəzinə “nasıl” qəbul etmişdi. B.Talıblı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
əvəz
I. qarşılıq
{karşılık}
II. mükafat, muzd, haqq
{mükâfat, karşılık, hak}
III. qisas, intiqam, öc
{kısas, intikam, öç}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əvəz
taviz