Əjdaha
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əjdaha
is. [fars.]
1. Ağzından od püskürən, insan və heyvanları udan, qanadlı nəhəng, ya ilan şəklində təsəvvür olunan mövhum bir heyvan. Yeddibaşlı əjdaha (nağıllarda). – [Nağılların qəhrəmanları] divlərlə, əjdahalarla pəncə-pəncəyə gəlib vuruşar, hər cür çətin şeyə qalib gələrdilər. M.Rzaquluzadə. • Əjdaha kimi... – təşbeh məqamında. Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq nərə vurmağa başladı. S.M.Qənizadə. [Həmzə:] Üç nəfər əjdaha kimi oğlum var. C.Cabbarlı.
2. məc. Çox qüvvətli, iri, heybətli, qorxmaq bilməyən adam haqqında; pəhləvan. O, lap əjdahadır. – [Aslan bəy:] ..Əjdahadır, əjdaha. Bu saatda tərəzinin bir gözünə 15 öküz qoysalar, Tarverdini vermərəm.. C.Cabbarlı. Səmədin gözünə əvvəl əjdaha kimi görünən Nadir, indi bu cür sadə və yumşaq danışıqdan sonra bütün əzəmət və məhəbbətini itirdi. B.Talıblı. [Mirzə Cəmil:] Ataşı Kəngərli kimi əjdahaya tuş elədim. Ə.Vəliyev. ‣ Əjdaha bürcü astr. – Böyük Ayı bürcü ilə Kiçik Ayı bürcü arasında, göyün şimal yarımkürəsində olan bürc.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
əjdaha
canavar