şərik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şərik
is. [ər.]
1. Hər hansı bir işdə (ticarətdə və s.-də) başqası ilə birgə iştirak edən adam; ortaq. Əbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçü oğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. M.S.Ordubadi. Hacı Nəsir ayrı bir yerdə yaşayan şərikilə hesab çəkməyə getmişdi. S.S.Axundov. • Şərik etmək (eləmək) – özünə ortaq etmək. [Əsgər bəy:] Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. M.F.Axundzadə. [Ruqiyyə Əhmədə:] Dərdinə məni şərik et. A.Divanbəyoğlu. Şərik olmaq – 1) ortaq olmaq. Alverdə şərik olmaq, ortaq olmaq; 2) iştirak etmək, yoldaşlıq eləmək, birləşmək. Öz müsibətimi unudub [Xədicənin] qəminə şərik oldum. S.Hüseyn; 3) razılaşmaq, qoşulmaq. Dostumun fikrinə şərik oldum. Şərik çıxmaq – bir işdə iştirak etmədiyi halda, şəriklik iddiasında olmaq.
2. İştirak edən, əli olan, əlbir olan. [Fərraşbaşı:] Bəli, batində o da Ağa Mərdanın şəriki imiş. M.F.Axundzadə. [İbrahim bəy:] ..Belə işdə Camal bəylə şərik iş görənin biri də o Hacı Qurban lənətullahdır. N.Vəzirov.
3. Şərikəm şəklində – razıyam, qoşuluram, etirazım yoxdur. [Həcər xanım:] Mən də onun fikrinə şərikəm. S.S.Axundov. [Ata:] Mən sənin sözünə şərikəm, Heybət, – dedi. S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
şərik
I. ortaq, əlbir
{ortak, iştirakçi}
II. yoldaş, məsləkdaş
{yoldaş, meslektaş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
şərik
hissedar