şiddət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şiddət
is. [ər.] Qüvvət, güc, kəskinlik, sərtlik. Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. A.Səhhət. [Mehriban] acılarının şiddətindən çapalarkən .. [Zeynalı] görmək və onun iztirablarından təsəlli almaq istərdi. S.Hüseyn. // Artıqlıq, güclülük, şiddətlilik. Böyükxanım şiddəti-cəhalətdən bu sözlərə qurumuş qalmış(dı). M.S.Ordubadi. • Şiddət etmək (eləmək, göstərmək) – get-gedə artmaq, güclənmək, qüvvətlənmək, sərtləşmək, kəskinləşmək. Derlər ki, ağlama mənə hicrani-yardən; Eşqim bu pənddən eləyib şiddət, ağlaram. S.Ə.Şirvani. Naxoşluq getdikcə şiddət etdi. Axırı Şaban sərsəm halətinə gəldi. Ə.Haqverdiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
şiddət
I. çoxluq, artıqlıq
{çokluk, fazlalık}
II. sərtlik, bərklik
{sertlik, berklik}
III. qüvvə, güc, zor
{kuvvet, güç, zor}
IV. çətinlik, ağırlıq
{çetinlik, ağırlık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
şiddət
şiddet