turklehceleri.org

Şur

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

şur

I. is. [fars.] Azərbaycan klassik muğamlarından birinin adı. “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çargah”, “Bayatı-Şiraz” və “Humayun” Azərbaycan musiqisinin yeddi əsas ladıdır. Ü.Hacıbəyov. [Ağai-Füzulüzzakır:] ..neçə dəfə səyahətdə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatıqacarları ilə ləzzəti-ruhani veribdir. Ə.Haqverdiyev.

II. is. [fars.]
1. Vəcd, şövq, cuşa gəlmə; coşqunluq. Dili-divanə sevər cantək o zülfisiyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani. Məcnun öz şurilə çox da aləmə səs salmasın; Hansı namərd can əsirgər bir nigarın eşqinə? S.Vurğun. // Gurultu, patırtı. • Şur etmək – bax. şur salmaq. Şur salmaq – səs-küy salmaq, gurultu qoparmaq. Şura gəlmək – vəcdə gəlmək, cuşa gəlmək, ruhlanmaq, şövqlənmək. Tarçı şura gələr tarı görəndə. M.Rahim. Şura gətirmək – vəcdə gətirmək, cuşa gətirmək, ruhlandırmaq. Pərini almaq həvəsi onu tamam şura gətirmişdi. Ə.Əbülhəsən.
2. “ilə” qoşması ilə – vəcdlə, həvəslə, şövqlə, ruh yüksəkliyi ilə. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Ötürdü şaxədə şur ilə bülbül. M.Rahim.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

şur

I. vəcd, şövq, coşgunluq
{vecde, şevk, coşkunluk}

II. qalmaqal, hay-küy
{gürültü, hayhuy}


Axir izdelgen sözler: