turklehceleri.org

Vay

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

vay

ы. кызганыч; аһ

ercilasun1991

vay

Türkiye Türkçesi: vay
Azerbaycan Türkçesi: vay
Başkurt Türkçesi: vay! ay! ayanıs!
Kazak Türkçesi: kap!tüvh!
Kırgız Türkçesi: oy!
Özbek Türkçesi: vày
Tatar Türkçesi: vay! ay! ayanıç
Türkmen Türkçesi: vãy
Uygur Türkçesi: vay!
Rusça: uvı! kak jal ay!

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

vay

1. nida. Qorxu, həyəcan, təəssüf, kədər, ağrı, təəccüb, fərəh kimi hissləri ifadə edir. Vay, yazıq! Vay, ilana bax! – Vay, kim, əğyar ilən ol yar həmdəmdir yenə. Kişvəri. [Ziba xanım:] Vay, yad kişinin səsi gəlir; vay, indicə qapıdan girəcəkdir. M.F.Axundzadə. // Yenə yuxarıdakı mənalarda olaraq, müxtəlif tərkiblər daxilində işlənir. Vay, dədəm, vay! Vay, mənim başım! Vay, mənim günümə! – [Şölə xanım:] Vay, dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında gizlən. M.F.Axundzadə. Amma vay bizim arvadlarımızın gününə, şah Təhmasın vaxtında geyilən paltarı indi də geyirlər. H.Zərdabi. // Bəzən təkrar şəklində işlənir: vay-vay, vay-vay-vay. Qorxuram Zakiri hicrin qəmi bir halə sala; Görən adəm deyə vay-vay, budu divanə gəlir. Q.Zakir. Vay-vay, nə yaman müşkülə düşdü işim, Allah! M.Ə.Sabir. [Arvad:] Vay-vay-vay! A kişi, bu nə üstbaşdır, bu nə əl-ayaqdır, əşi, qoşunkeşdidən, davadan gəlirsən nədir? H.Sarabski. • Vay salmaq, vay-şivən salmaq (qoparmaq) – qışqırıq salmaq, çığırmaq, fəryad etmək, şivən qoparmaq. Cənnət xanım dizlərinə çırpıb vay-şivən saldı. Mir Cəlal. Vayını vermək – cəzalandırmaq, döymək, əzişdirmək və s. [Güldəstə:] Sən neçin qaçırsan, .. axtarar, tapar, vayını verər. N.Vəzirov.
2. is. Yas, ölü yeri, yaxud müsibət, bədbəxtlik mənasında. Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa. Aşıq Ələsgər. Vayımı yar eşidib, vay, könül, söylədi kim; Seyyidim çoxdan ölübdür, bu onun vayı deyil. S.Ə.Şirvani. [Vaqif:] Bizdə hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur. Çəmənzəminli.

Özbekche—In'gilische Lughet (Dirks, 2005)

vay

s. voy.

Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)

vay

! vah, vay!


Axir izdelgen sözler: