turklehceleri.org

Qarşı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qarşı

1. is. Bir şeylə üzbəüz olan yer və ya şey, müqabil tərəf; qabaq. Evin qarşısı. Dağın qarşısı. Məktəbin qarşısı. – Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq. // Yerlik halında: qarşısında – qabağında, önündə. Bülbülün qarşısında açıl, şirinləş; Qızılgül kimi! M.Müşfiq. Axund nə biləydi ki; Qarşısında dayanan; Milyonların ən böyük; Dahi müəllimidir. B.Vahabzadə.
2. sif. Müqabil, üzbəüz, bir şeyin müqabilində olan. Qarşı tərəf. • Qarşı gəlmək – üzbəüz gəlmək, rast gəlmək, qarşılaşmaq. [Azər:] Quzu gördünmü sev, o, kin bilməz; Canavar qarşı gəlsə, parçala, əz! H.Cavid.
3. qoş. Zidd, müxalif, əleyhinə, ziddinə, əksinə. Siz istiqlaliyyət və azadlıq uğrunda aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsiniz. M.S.Ordubadi. [Surxay] öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü.. İ.Əfəndiyev. • Qarşı çıxmaq – əleyhinə çıxmaq, mübarizə etmək. [Eyvaz:] ..Bu gün mən ona qarşı çıxmışam, sabah sizə qarşı çıxacağam. C.Cabbarlı. Qarşı durmaq – müqavimət göstərmək. Xavər özündə onun təhdidlərinə qarşı duracaq daxili bir qüvvə hiss etdiyindən onları tez unutdu. M.İbrahimov. Qarşı getmək – əksinə getmək, əleyhinə getmək, ziddinə getmək. Haqq nə deyir? Küfrə qarşı getməyiz; Nurdan çıxıb zülmət içrə itməyiz.. Şəhriyar. Qarşı qoymaq – bir şeyin əleyhinə yönəltmək, bir şeyə müqabil qoymaq. Nədən qarşı qoydu “mənəm” deyənlər; Cılız mənliyini yüz-yüz minlərə? B.Vahabzadə.
4. qoş. Haqqında, barəsində. [Şirmayının] ürəyində nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı. M.Hüseyn. Mirzağanın Cəmiləyə qarşı olan meyli və məhəbbəti getdikcə artırdı. S.Hüseyn. Azərbaycan xalqı həmişə dostlara sadiq, düşmənlərə qarşı amansız olmuşdur. İ.Əfəndiyev.
5. qoş. Mübarizə etmək üçün, qabağını almaq üçün. Milçəklərə qarşı güclü vasitə. Qripə qarşı dərman. – Sonra quraqlığa qarşı mübarizədən söhbət açdıqları vaxt Əziz içəri girib salam verdi. Ə.Vəliyev.
6. qoş. Bir hadisənin yaxınlaşmasını göstərir. Yaza qarşı.
7. qoş. Üzünə, üçün. Bəs oxu bu şeri yarə qarşı; Bülbül kimi gülüzarə qarşı. Xətayi. ‣ Qarşısını almaq – bir hadisənin, işin, xəstəliyin baş verməməsi üçün vaxtında tədbir görmək, qabağını almaq. Hadisələrin qarşısını almaq. Yanğının qarşısını almaq. Xəstəliyin qarşısını almaq. Təhlükənin qarşısını almaq. – [Əhməd] ilk zərbələrin qarşısını almaq, ya da camaatı sakitləşdirmək üçün biriki söz deməyi lazım bildi. İ.Şıxlı. Qarşısını kəsmək – yolunu tutmaq, getməsinə, axmasına mane olmaq. Selin qarşısını kəsmək. – [Xəlil] qərara almışdı ki, daha “həvəsdibəsdi”, Bakıdan qayıdan kimi Sayadın qarşısını kəsəcək, üç il ürəyində dolanan sözləri onun üzünə deyəcək. İ.Məlikzadə. qarşı-qarşıya zərf Üz-üzə, bir-birinə qarşı. Səlimi gəlib salamlaşdı və onunla [Firidunla] qarşı-qarşıya oturdu. M.İbrahimov. • Qarşı-qarşıya gəlmək – 1) üz-üzə gəlmək, qarşılaşmaq, təsadüf etmək, rast gəlmək, rastlaşmaq. Nizaminin başında gedən istiqbal dəstəsi “Əli bulağı” adlı çeşmənin yanında Məhsəti xanımın karvanı ilə qarşıqarşıya gəldi. M.S.Ordubadi. Qəvi bir yırtıcı ilə qarşı-qarşıya gəlmək ehtimalı canıma qor doldurdu. Çəmənzəminli; 2) toqquşmaq, birbirinə dəymək; 3) bir-birinə zidd olmaq, birbiri ilə düz gəlməmək.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qarşı

I. müqabil, üzbəüz
{mukabil, yüzyüze}

II. zidd, müxtəlif
{zıt, muhtelif}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qarşı

karşı


Axir izdelgen sözler: