Şapalaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şapalaq
is.
1. Əlin içi ilə vurulan zərbə, şillə. Üzünə bir şapalaq çəkdi. – Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə Məmmədə bir şapalaq vurdu. T.Ş.Simurq. ..[Çobanların] çomaqları ki əlindən düşdü kütləşdilər, yəni yumruqla, şapalaqla bir şey eləyə bilmirdilər. İ.Əfəndiyev.
2. Ovuc, əliçi. Qoca yemə cumdu, .. iki şapalaqda payının yarısını ötürdü. M.Hüseyn. • Şapalaq vurmaq – ovcu ilə, əlinin içilə götürmək, ovuclamaq. Bəziləri, xüsusən kişilər sol əllərini yerə verib, sağ əli ilə aşa iri şapalaqlar vururdular. Ə.Əbülhəsən. ‣ Şapalaqla üz qızartmaq – bir şeyi süni yolla gizlətməyə, yaxşı göstərməyə çalışmaq. [Hacı:] Mən şapalaqla üz qızardıram, xaricilər elə bilirlər ki, Hacının qızılı daşır. M.S.Ordubadi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
şapalaq
I. şillə
{tokat}
II. təhqir, həqarət
{tahkir, hakaret}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
şapalaq
şamar, tokat