dədəbaba
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
dədə-baba
is.
1. Ulu babalar, əcdad. Dədə-baba qaydasınca. – Kassirlə dədəbabadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Mir Cəlal.
2. Dədə-babadan şəklində zərf – babalardan, qədimdən, çox köhnədən. • Dədəbabadan qalma – çox köhnə, qədim. [Hacı Murad:] Yox, onlar da dədə-babadan qalma adətlərdir. S.S.Axundov.